Slimfit
  1. TEXNOLOGİYA

Feysbuk bu istifadəçilərə pul ödəyəcək

Feysbuk bu istifadəçilərə pul ödəyəcək
Sakura

Feysbuk bu istifadəçilərə pul ödəyəcək

“Facebook” sosial şəbəkəsi yeni proqram ərsəyə gətirib.

Redaktor.az CNN-ə istinadən xəbər verir ki, şirkət “Study” proqramına üzv olan istifadəçilərə pul ödəyəcək. Belə ki, istifadəçi bu proqrama qoşulandan sonra şirkət onun müxtəlif məlumatlarını, o cümlədən, bank hesablarını əldə etmək hüququna sahib olacaq. Lakin istifadəçi istəyə uyğun olaraq şəkil, şifrə, video və mesajların şirkət tərəfindən əldə edilməsinə qadağa qoya bilər. Bu proqrama yalnız yaşı 18-dən yuxarı olan şəxslər qoşula biləcək.

“Facebook” saxta profillə proqrama qoşulan azyaşlıların müəyyən edilməsi üçün onların məlumatlarını yoxlayacaq. Məlumata görə, şirkət şəxsi məlumatları paylaşmayacaq və onlardan reklam məqsədiylə istifadə etməyəcək. ”Facebook” məlumatların gizli qalacağına dair zəmanət verir. ”Study” proqramı istifadəçinin fəaliyyətlərini izləyərək analizlər aparacaq.

Məqsəd daha keyfiyyətli məhsulları ortaya çıxarmaqdır. Proqram hələki əvvəlcə test şəklində ABŞ və Hindistanda istifadəyə veriləcək. Uğurlu alınarsa digər ölkələrə də yayılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR