Slimfit
  1. MƏDƏNİYYƏT

Fəxri ad almış mədəniyyət xadimlərinə orden və medallar təqdim olunub

Fəxri ad almış mədəniyyət xadimlərinə orden və medallar təqdim olunub
Sakura

Fəxri ad almış mədəniyyət xadimlərinə orden və medallar təqdim olunub

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təltif olunmuş incəsənət xadimlərinin mükafatlandırılması mərasimi keçirilib.

"Report"un məlumatına görə, Muzey Mərkəzində baş tutan tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, dövlət tərəfindən yaradıcı insanlara hər zaman diqqət və qayğı göstərilir.

Nazir vurğulayıb ki, cəmiyyət də onları qorumalıdır: "Prezidet İlham Əliyev tərəfindən hər il yaradıcı insanlara, incəsənət xadimlərinə illik təqüdlər verilir. Azərbaycan mədəniyyəti indiyə qədər dünyada bu qədər tanınmamışdı. Keçirilən tədbirlər Azərbaycan mədəniyyətinin incilərini tanıtmağa kömək edir. Bu sıradan tədbirlər davam etməkdədir. Əldə olunan nailiyyətlər bilavasitə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın adı ilə bağlıdır. Azərbaycan mədəniyyəti çətinliklərlə üzləşsə də UNESCO-nun siyasına daxil oda bilib. Yeni nəsil gəlir, yeni adlar meydana çıxır, mədəniyyətin yeni biznes forması yaranır. Bu proses dayanmadan davam edir".

Mərasimdə həmçinin Mədəniyyət Nazirliyinin döş nişanları ilə təltif edilən şəxslərə mükafatları təqdim olunub. 

Qeyd edək ki, fəxri adlar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR