Slimfit
  1. TÜRKİYƏ

Fəxrəddin Qoca: “May ayından başlayaraq Türkiyəyə 50 milyon “Sputnik-V” peyvəndi gətiriləcək”

Fəxrəddin Qoca: “May ayından başlayaraq Türkiyəyə 50 milyon “Sputnik-V” peyvəndi gətiriləcək”
Sakura

Fəxrəddin Qoca: “May ayından başlayaraq Türkiyəyə 50 milyon “Sputnik-V” peyvəndi gətiriləcək”

“İstanbulda ilk dəfə COVİD-19-un mutasiyaya uğramış Hindistan variantı 5 nəfərdə aşkarlanıb”. 

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca nazirliyin nəzdində pandemiya əleyhinə mübarizə məqsədilə yaradılan Elm Qurumu üzvləri ilə növbəti iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Nazir deyib ki, hazırda Türkiyədə ən çox rast gəlinən mutasiyalı virus “Britaniya ştamm”ıdır, ikinci yeri Braziliya, üçüncü yeri isə Afrika variantı tutur.

Nazir onu da qeyd edib ki, may ayından başlayaraq Türkiyəyə Rusiyadan 50 milyon “Sputnik-V” peyvəndi idxal ediləcək: “Hazırda Türkiyədə iki peyvənd - “Sinovak” və “Biontek” kütləvi istifadə olunur. “Sputnik-V” peyvəndinin tətbiqi son mərhələyə keçilib. Türkiyə 6 ay ərzində Rusiyadan 50 milyon “Sputnik-V” peyvəndini almaq üçün müqavilə bağlayıb. İlk idxal mayda başlayır. Bundan başqa Türkiyədə bu vaksinin istehsalı üçün hazırlıqlar başlayıb”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR