Dərc edildi: Baxış sayı: 366
Fevralda təxminən 300 cütlük eyni gündə evlənəcək
Rusiyanın paytaxtı Moskvada Müqəddəs Valentin günü təxminən 300 cütlük nikah evlərində qeydiyyatdan keçəcək. Trend-in məlumatına görə, bu barədə Moskva meriyasının rəsmi saytında qeyd olunub.
Qeyd olunur ki, əsasən həftəsonu nikah qeydiyyatı çox olduğu halda, bu dəfə həftəiçi də belə böyük göstərici qeydə alınacaq.
Moskva Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı idarəsinin rəisi Yelena Yefremova deyib ki, bu il 14 fevralda Moskvada 288 yeni ailə qurulacaq. Ötən il bu münasibətlə 325 ərizə qəbul edilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət