Slimfit
  1. BİOQRAFİYA

Fətəli şah Qacar

Fətəli şah Qacar
Sakura

Fətəli şah Qacar - Qacar şahı. Əsl adı Baba Xan olub

Fətəli şah Hüseynqulu xan oğlu Qovanlı-Qacar (1797-1834) — Qacar şahı. Əsl adı Baba Xan olub İranda hökm sürən Qacar ​​Xanədanının banisi Ağa Məhəmməd şahın qardaşı Hüseyn Kulik Xan-ı Cihansızın oğludur. Əmisi Məhəmməd Şah uşağı olmadığı üçün onu vəliəhd təyin etdi və Fars, Kirman, Yəzd əyalətlərinə vali olaraq göndərdi. Baba Xan əmisi öldürülüncə Farsdan Tehrana gəldi və Fətəli şah adıyla hökmdarlığını elan etdi. Taxta ən yaxın dəstək ordunun böyük bir hissəsi üzərində hakim olan Hacı İbrahim Xandan gəldi. Əvvəl 1801-ci ildə Xorasan xanlarını özünə bağlayaraq səltənətini sağlamlaşdıran Fətəli şah çox keçmədən İngiltərə, Fransa və Rusiyanın at oynatdıqları bir rəqabət meydanına çevrilən İranda bəzən bunlardan birinə, bəzən da digərinə dözmək surətiylə varlığını davam etdirdi. Bu rəqabətdən, Fransa və Rusiyanın əməllərinin reallaşmasını önləmək və özləri üçün böyük bir təhlükə olaraq gördükləri əfqanları İranın nəzarəti altında tuta bilmək üçün böyük səy göstərən İngiltərə qazanclı çıxdı. 1801-ci ildə Britaniya və İran arasında siyasi və ticarət müqaviləsi imzalandı.

 

 

Həyatı

Baba xan (əsl adı Fətəli xandır. Ulu babasının şərəfinə adlandırılıb) 1769-cu (hicri 1185-ci) ildə Astrabadın Siyahçalında dünyaya gəlib.

1834-cü ildə vəfat edib.

 

Hakimiyyətə gəlişi

Qacar xanın baş naziri (Sədrəzəm) Etimadəddövlə adı ilə tanınan Hacı İbrahim xan Кəlantər İran şahının ölüm xəbərini Baba Yusif adlı bir xidmətçi vasitəsilə Ağa Məhəmməd şah Qacarın vəliəhdi Xanbaba Cahanbaniyə çatdırdı. Baba Yusif məktubu ona Şirazda çatdırdı. İki təzadlı fikri Xanbaba Cahanbaniyə bir məktubda çatdırmalı olan Hacı İbrahim xan Etimadəddövlə məktubun əvvəlində ondan əvvəl deyilmiş bir şeir yazdı. Bu şeir həyatı tərk etmiş şahın ölüm xəbərini taxt-taca varis olacaq yeni padşaha çatdırmaq və onu təbrik etməк məqamındа yazılırdı. O şeir belə idi:

Bilmirəm ağlayım, yoxsa ki, gülüm, Çünki dərya batdı, yox oldu, lakin gövhər üzə çıxdı.

Xanbaba Cahanbani (Fətəli şah) əmisinin ölüm xəbərini eşidib ağladı. Onun ətrafındakılar da bir az ağlayıb sonra Xanbabanı təbrik etdilər. Baba Yusif Şafir Xanbabadan ənam aldıqdan sonra İranın yeni padşahının məktublarını Şiraz və İsfahan arasında yerləşən şəhərlərin hakimlərinə çatdırmaq üçün mürəxxəs oldu.

Хanbaba Cahanbaninin göstərişi ilə tezliklə möhür həkk olundu və müхtəlif vilayətlərə göndərilən proqramlar həmin möhürə Şah Baba Qacar adı ilə möhürləndi. Yeni padşah 1797-ci miladi/1212-ci hicri ilinin Ramazan bayramında özünə Fətəli şah adını qoydu. Həmin ilin Ramazan bayaаmı günü Novruz bayramının və baharın başlandığı gün idi və həmin gün Fətəli şah Tehranda tacqoyma mərasimi keçirdi.

 

Yaradıcılığı

Fətəli şah şair idi. Xaqan təxəllüsü ilə şeirlər yazırdı.

Еşitmişəm ki, busənin qiymətini cana bərabər edib,
Min heyf olsun ki, bədənimdə min canım yoxdur.

Gözəllərin üzünün xəyalı ilə sinəmdən ucalan ürək nalələrim
Firəng kilsəsindəki zəng səsi kimidir.

(Sətri tərcümə)

 

Övladları

Oğulları

  • Məhəmmədəli mirzə Qovanlı-Qacar, Dövlətşahi (1788-1821)
  • Abbas mirzə Qovanlı-Qacar Naibəssəltənə, (1789-1833)
  • Məhəmmədqulu mirzə Qovanlı-Qacar
  • Məhəmmədtağı mirzə Qovanlı-Qacar
  • Məhəmmədvəli mirzə Qovanlı-Qacar
  • Hüseynəli mirzə Qovanlı-Qacar
  • Həsənəli mirzə Qovanlı-Qacar
  • Əlinağı mirzə Qovanlı-Qacar
  • Şeyxəli mirzə Qovanlı-Qacar
  • Əlixan mirzə
  • Abdulla mirzə
  • Məhəmmədrza mirzə
  • İmamverdi mirzə
  • Mahmud mirzə
  • Heydərqulu mirzə
  • Hümayun mirzə
  • Allahverdi mirzə
  • İsmayıl mirzə
  • Əhmədəli mirzə Qovanlı-Qacar
  • Əlirza mirzə
  • Keyqubad mirzə
  • Bəhram mirzə
  • Şapur mirzə
  • Məlik Qasım mirzə Qovanlı-Qacar
  • Manuçöhr mirzə
  • Hürmüz mirzə
  • Məlik İrəc mirzə
  • Keykavus mirzə
  • Şahqulu mirzə
  • Məhəmmədmehdi mirzə
  • Keyxosrov mirzə
  • Keymərz mirzə
  • Cahanşah mirzə
  • Süleyman mirzə
  • Fətulla mirzə
  • Məlik Mənsur mirzə
  • Bəhmən mirzə
  • Sultan Məhəmməd mirzə
  • Sultan Səlim mirzə
  • Sultan Mustafa mirzə
  • Seyfulla mirzə
  • Yəhya mirzə
  • Məhəmmədəmin mirzə
  • Sahibqran mirzə
  • Pərviz mirzə
  • Məhəmmədhadi mirzə
  • Fərruxsiyər mirzə
  • I Əliqulu mirzə Qovanlı-Qacar
  • Sultan Əhməd mirzə
  • Kamran mirzə
  • Abbasqulu mirzə
  • Əmənullа mirzə
  • Nurullа mirzə
  • Cəlaləddin mirzə
  • Sultan Hüseyn mirzə
  • Xanbaba Cahansuz mirzə
  • Övrəng mirzə

 

Vəsiyyəti

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR