Slimfit
  1. İDMAN

“Ferrari” rəsmi adını dəyişdi

“Ferrari” rəsmi adını dəyişdi
Sakura

“Ferrari” rəsmi adını dəyişdi

Formula 1 Yaponiya Qran-Prisində “Ferrari” yenidən “Scuderia Ferrari Mission Winnow” adlanacaq. FIA-nın oktyabrın 7-də açıqlanmış sifariş siyahısında belə göstərilib.

Publika.az xəbər verir ki, “Mission Winnow” təşəbbüsü “Ferrari”nin sponsorlarından birinin tütün məhsulunu reklam etməyə xidmət edir, lakin komanda bu və ya digər ölkənin qanunvericiliyinin tələbləri ilə əlaqədar bu loqotipdən hər yerdə istifadə edə bilmir. 2019-cu il mövsümünün 16 mərhələsindən 11-də “Ferrari” əməkdaşlarının maşınlarında və təchizatında “Mission Winnow” loqotipləri olmayıb. Loqotiplər sonuncu dəfə Monako Qran-Prisində müşahidə edilib. Lakin Yaponiya Qran-Prisində geri qayıdacaq. “Mission Winnow” 2018-ci ildə ilk dəfə məhz Suzukada təqdim edilib.

Mövsümün başa çatmasına beş mərhələ qalmış “Ferrari” “Mersedes”dən 162 xal geri qalaraq, Konstruktorlar Kubokunda ikinci yeri tutur. Onun pilotları son dörd mərhələdən üçündə qalib gəlib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR