Dərc edildi: Baxış sayı: 801
Şəbəkədə Ferrari krossoverinin ilk “casus” videosu yayılıb.
Ferrari sentyabr ayında özünün ilk krossoverinin adını açıqladı: bu model Purosangue (italyancadan tərcümədə birinci dərəcəli deməkdir) adlanacaq. Şirkət açıqlayıb ki, maşın yeni Front Mid Engine Architecture arxitekturası bazasında hazırlanacaq və DYM (daxili yanma mühərriki) və hibrid güc quraşdırması kimi iki variantında olacaq.
Bu yaxınlarda SupercarsNews adlı Youtube kanalında Purosangue prototipinin kiçik “casus” çarxı paylaşıldı.
Yeni Ferrari krossoveri tezliklə buraxılmayacaq: şirkət məlumat verib ki, model 2022-ci ildə satışa çıxarılacaq.
Mənbə: Popmech.ru
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət