Slimfit
  1. MARAQLI

Fərqli yaşlarda pul xərclərkən yol verdiyimiz səhvlər

Fərqli yaşlarda pul xərclərkən yol verdiyimiz səhvlər
Sakura

Fərqli yaşlarda pul xərclərkən yol verdiyimiz səhvlər

Hər yaşın öz gözəlliyi var. Hər yaşda insan fərqli təcrübələr yaşamaq, fərqli şeylər almaq istəyir. Bəs bunlardan hansı səhvdir? Gəlin, fərqli dövrlərdə edilən səhvləri araşdıraq:

GƏNCLİK İLLƏRİ

Gəzmək, dostlarla əylənmək üçün cibdəki bütün pulların xərcləndiyi və enerjimizin ən yüksək olduğu illər… Bu səbəblə də bu yaşda əlimizdə olan bütün pulları xərcləməyə meylli oluruq. Həmçinin yığım və ya təqaüd kimi məsələlərdə maraqlı olmuruq. Lakin bir neçə il sonra “lazımsız xərclər” mövzusu düşəndə “kaş ki” tez-tez istifadə edilir.

Dədə-babalarımız “dəmiri isti-isti döyərlər” deyiblər. Bu illərdə maliyyə savadlılığı ilə əlaqədar maariflənsəniz, ondan bütün ömrünüz boyu maliyyə cəhətdən azad bir fərd ola bilərsiniz. Cavanlığın ən böyük səhvi plansız xərclər və yığım məsələsinə yeterincə diqqət ayırmamaqdır. Bu səbəblə də, yaxşı gələcək üçün pulunuzu planlı şəkildə xərcləyə və gündə bir manat da olsa pul daxılına pul ata bilərsiniz.

ORTA YAŞ

Ev və maşın almaq kimi əhəmiyyətli iqtisadi qərarların alındığı illər… Həm bugünümüzü, həm də sabahımızı düşünməli oluruq. Əhəmiyyətli xərclər etmədən öncə büdcə ayırmaq və bütün məsrəflərinizi bir siyahıda toplamalısınız. Bu yaşlarda edilən ən böyük səhv isə potensialı nəzərə almadan böyük xərclər altına girmək olur.

Daha lüks maşın və ya ehtiyacınız olandan daha böyük bir ev almaq istəyirsiniz. Lakin bunu etmədən öncə maliyyə cəhətdən bunu qarşılaya bilib-bilməyəcəyiniz reallığını gözdən keçirməlisiniz. Əks halda iş həyatınızda effektiv olduğunuz bu illər təqaüdə çıxdığınız illərə mənfi təsir göstərəcək.

Bu dövrdə ayağınızı yorğanınıza görə uzatmalı, xərcləmək yerinə yığmalı, kampaniya və aksiyalardan yararlanmalı, müqayisə etmədən alış-veriş etməməyi vərdiş halına gətirməlisiniz. Bununla da, təkcə özünüzün deyil, uşaqlar və ailənin digər fərdlərinin də pozitiv vərdişlərə sahib olmasını təmin edə bilərsiniz.

YAŞLILIQ İLLƏRİ

İnsan ömrü getdikcə uzanır. Yaşınız neçə olur-olsun, 1 manatı belə ağılla xərcləmək lazımdır. Sağlamlıqla bağlı xərclər artacağından sığorta kimi zəruri məsrəfləri də gözardı etməməlisiniz. Bu illərdə edilən ən böyük səhv isə yığılmış pulları götür-qoy etmədən investisiya qoymaqdır. Məsələn, təqaüdünüzlə heç vaxt görmədiyiniz bir yerdən ev, torpaq satın almayın. Bu alqı-satqıdan öncə yaxşıca araşdırma etməlisiniz. Bu mövzuda ailənizin digər üzvlərindən kömək də istəyə bilərsiniz.
Yaşınız necə olur-olsun, nəyisə almadan əvvəl bunun bir ehtiyac yoxsa istək olduğunu müəyyən edin, müqayisə edin və uyğun variantı seçin. Pul qazanmaq üçün sərf etdiyiniz vaxt çox dəyərlidir və bu səbəblə də qazandığınız pula dəyər verin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR