Slimfit
  1. SİYASƏT

Fərman: ödədiyiniz məbləğin bu hissəsi geri qayıdacaq

Fərman: ödədiyiniz məbləğin bu hissəsi geri qayıdacaq
Sakura

Fərman: ödədiyiniz məbləğin bu hissəsi geri qayıdacaq

Bu fərman 3 istiqamətdə çox önəmlidir: həm insanlarımızı kartla ödəniş etməyə sövq edir, çünki bu ödənişdə müəyyən faiz geri qayıdır, həm büdcədən yayınmaların qarşısı alınır, həm də koronavirusun yayılmasına səbəb olan əsginazlardan istifadəni aşağı salır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında imzaladığı fərmanı şərh edərkən deyib.

Ekspert bildirib ki, koronavirusa qarşı mübarizə çərçivəsində hökumət daha çevik addımlar atır və bu qərarın da tezləşməsinin bir səbəbi budur:

“Ötən il məsələ ilə bağlı bir qərar verilmişdi. Lakin bunun tətbiqi üçün mexanizm yox idi. Yəni əslində biz də gözləyirdik ki, tətbiqi mexanizimlər üzərində işlənsin və tətbiq edilsin.

Hazırkı vəziyyətdə nağd ödənişlər təhlükəlidir və əsginazlar vasitəsi ilə virusa yoluxma halları çox ola bilər. Bu baxımdan nağd ödənişlər azalmalıdır. Ona görə bu, çox yaxşı bir qərardır”.

N.Cəfərli Prezidentin fərmanı ilə nağdsız ödəniş edənlərin qazanacağı məbləği də açıqlayıb:

“Ölkə başçısı 15 gün ərzində bu mexanizmin tədiq edilməsi ilə bağlı göstəriş verib. Əslində bu mexanizim çox da çətin deyil. Məsələn, siz 100 faizlik bir ödəniş edirsinizsə, üzərinə 18 manat əlavə dəyər vergisi gəlir. Bu qərarla 18 manat əlavə dəyər vergisinin 15 faizi sizə geri ödəniləcək. Bu da 2 manat 70 qəpik edir. Yəni hər 100 manatlıq alış-verişə hesablanan əlavə dəyər vergisindən 2 manat 70 qəpik geri qaytarılacaq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR