Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Fəridə Abbasova Nəriman qızı

Fəridə Abbasova Nəriman qızı
Sakura

Abbasova Fəridə Nəriman qızı - "20 Yanvar Şəhidi"

Fəridə Nəriman qızı Abbasova — 13 fevral 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Müthiş 20 yanvar gecəsi şəhid olaraq əbədiyyata qovuşmuşdur.

Həyatı

Fəridə Abbasova 13 fevral 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Evdar qadın idi. 3 övladı var idi. 2 oğul və 1 qız övladı.

Qanlı yanvarın şanlı günü

Qanlı yanvarın şanlı günündə, 19 yanvarda saat 00.00 radələrində Fəridə Abbasova yaşadığı Bakı şəhərində 11-ci Giriş küçəsinin 1-ci binasının həyətində paltarları sərərkən hər bir Azərbaycanlının nifrət etdiyi Sovet Ordusunun əsgərləri tərəfindən yağı gülləsi ilə vurulur. Yağı gülləsi onun ürəyini dəlib dayandı. Həkim gələnədək isə Fəridə xanım keçinərək Azərbaycanın Azadlıqı uğrunda canından keçən şəhidlərdən biri oldu və Qəhrəman olaraq əbədiyyata qovuşdu.

20 yanvarda mərhumu dəfn etmək üçün onun meyidi Nardarana aparılarkən hərbiçilər buna mane oldu. Amma hərbiçilərin manelərinə baxmayaraq onun meyidi gizli yollar ilə Nardarana aparıldı və torpaqa tapşırıldı.

1992-ci ildə ölümündən sonra Müstəqil Azərbaycan Respublikasının I-ci Prezidenti cənab Ayaz Mütəllibovun fərmanı ilə ən yüksək fəxri ada Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adına layiq görülmüşdür.

1998-ci ildə 29 dekabr tarixində isə Fəridə xanım Azərbaycan Respublikasının III Prezidenti cənab Heydər Əliyevin fərmanı ilə "20 Yanvar Şəhidi" fəxri adına layiq görülmüşdür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR