Slimfit
  1. MEDİA

Fərid Şəfiyev: Lavrovun dedikləri Minsk qrupu həmsədrlərinin son bəyanatının ruhuna uyğun gəlmir

Fərid Şəfiyev: Lavrovun dedikləri Minsk qrupu həmsədrlərinin son bəyanatının ruhuna uyğun gəlmir
Sakura

Fərid Şəfiyev: Lavrovun dedikləri Minsk qrupu həmsədrlərinin son bəyanatının ruhuna uyğun gəlmir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Yerevandakı açıqlamasını şərh edib.

Oxu.Az-ın məlumatına görə, F. Şəfiyevin sözlərinə görə, Sergey Lavrovun Yerevandakı açıqlamaları ilə əlaqədar Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı baza sənədlərinə, xüsusilə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (hazırkı ATƏT) 1992-ci il martın 24-də Helsinkidə qəbul etdiyi qərara təkrar nəzər yetirmək lazımdır:

“Orada müəyyən edilir ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların aparılması üçün foruma çevriləcək Minsk Konfransının iştirakçıları Azərbaycan Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Türkiyə, Fransa, Çexiya, Slovakiya və İsveçdir.

Vacib məqam olaraq daha sonra qeyd edilir ki, konfrans iştirakçıları olan ölkələrlə məsləhətləşmələr apardıqdan sonra konfrans sədri tərəfindən Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələri maraqlı tərəf kimi konfransa dəvət olunacaq.

Münaqişədə tərəf ölkələr Ermənistan və Azərbaycandır. O ki qaldı Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələrinə, bu halda onlar regionun azərbaycanlı və erməni icmasıdır. Onlar irəliləyiş olacağı təqdirdə danışıqlar prosesinə cəlb oluna bilərlər. Lakin təəssüf ki, hazırda bu irəliləyiş müşahidə edilmir. Beləliklə, qondarma “Dağlıq Qarabağ xalqı”ndan söhbət getmir. Yəni qəbul edilmiş beynəlxalq hüquq sənədlərdə bu ifadə mövcud deyil”. 

Sədr bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildən qəbul etdiyi və hüquqi öhdəlik daşıyan dörd qətnaməsinə əsasən, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir:

“2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqovlar Ermənistan hökumətinə qarşı” işi çərçivəsində qəbul olunmuş qərarda qeyd olunur ki, Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlar üzərinə nəzarəti həyata keçirir. 

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, münaqişənin həlli, o cümlədən, öz müqəddəratını təyin etmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. 

Rusiya Xarici İşlər naziri Sergey Lavrov tərəfindən səsləndirilən, erməni tərəfinin uğursuz cəhdləri və xüsusilə Ermənistan Baş naziri Nikol Paşinyanın bu il martında danışıqlar formatını dəyişməklə bağlı açıqlamaları ilə uzlaşan fikirləri vasitəçilik missiyasının və Rusiya da daxil olmaqla, ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatının ruhuna uyğun gəlmir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR