Slimfit
  1. İDMAN

Fərid Savadov Avropa çempionu olub

Fərid Savadov Avropa çempionu olub
Sakura

Fərid Savadov Avropa çempionu olub

14-15 yaşlı yeniyetmələrdən ibarət seçmə komandanın üzvü Fərid Savadov (-57 kq, şəxsi məşqçisi Əziz Əzizov, seçmə komanda məşqçisi Anar Allahverdiyev) Avropa çempionu olub.

Finaladək monteneqrolu, serbiyalı, ukraynalı və kosovalı rəqiblərini məğlub edən perspektivli idmançımız həlledici görüşdə polşalı karateçiyə qalib gələrək, ilk dəfə çıxış etdiyi nüfuzlu yarışın qızıl medalını qazanıb. 

Difər idmançılarımızdan Arina Bezrebra (+54 kq) və Həsənəli Həsənəliyev (kata) isə təsəlliverici mərhələnin bürünc medal uğurnda görüşündə qələbəni əldən veriblər. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasıİdarə heyətinin üzvü Yaşar Bəşirov fərqlənən idmançıları mükafatlandırma mərasimində iştirak edib.  

7-9 fevral tarixlərində Macarıstanın paytaxtı Budapeştdə Yeniyetmə və Gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatı davam edir. Mötəbər qitə yarışında 52 ölkədən 1155 idmançı mübarizə aparır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR