Slimfit
  1. İDMAN

Fərid Qayıbov: “Formula 1” Azərbaycan Qran-prisi bütün ölkə üçün böyük qürur mənbəyidir”

Fərid Qayıbov: “Formula 1” Azərbaycan Qran-prisi bütün ölkə üçün böyük qürur mənbəyidir”
Sakura

Fərid Qayıbov: “Formula 1” Azərbaycan Qran-prisi bütün ölkə üçün böyük qürur mənbəyidir”

Fərid Qayıbov: “Formula 1” Azərbaycan Qran-prisi bütün ölkə üçün böyük qürur mənbəyidir”

“Formula 1” Azərbaycan Qran-prisi bütün ölkə üçün böyük qürur mənbəyidir və indi daha üç il ərzində azarkeşlərimizi ruhlandırmağa və həyəcanlandırmağa davam edəcək”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov “Formula-1”lə müqavilə müddətinin uzadılması ilə bağlı fikirlərini bildirərkən deyib.

Nazir qeyd edib ki, bu təşkilatla davamlı tərəfdaşlığı təsdiqləməkdən məmnunluq hissi keçirir:

“2016-cı ildən - bu tədbirə ev sahibliyi etdiyimiz vaxtdan - idmanın ölkəmizə və şəhərimizə diqqətçəkən iqtisadi, sosial və mədəni təsiri olub”.

“Bakıdakı son altı yarış bu idman növünün uzun tarixində ən yaxşı və ən dramatik mübarizələrdən olub və biz bu həftəsonundan başlayaraq növbəti üç il ərzində evdə və xaricdə F1 azarkeşləri üçün daha sehrli anlar yaşatmağı səbirsizliklə gözləyirik. Üstəlik, bugünkü razılaşma 100-dən çox ölkədən rekord sayda azarkeşi qəbul etdiyimiz zamanda gəldi. Bu da bu anı daha da xüsusi edir”, - nazir əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR