Fərhad Bədəlbəyli: “Əgər Fondun bir qəpik pulu lazım olmayan yerə getsə...”
“Bəzi adamlar deyirlər ki, koronavirus boş şeydir, inanmayın. Amma bu, düzgün yanaşma deyil”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Koronavirusla Mübarizəyə dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü Fərhad Bədəlbəyli bildirib.
O qeyd edib ki, bu böyük bir bəladır:
“Bu xəstəliyə ciddi yanaşmaq lazımdır. Bəziləri telekanallarda əyləncə verilişlərinin verilməsindən danışırlar. Bu gün bizə ciddi kliplər lazımdır. Əyləncə məsələsi sonraya qalsın”.
F.Bədəlbəyli əlavə edib ki, bu gün telekanallarda ciddilik çatmır:
“Fondun əsas işi təbliğat olacaq. Fonda hər kəs ödəniş edib. Bu 1 manat da, 15 manat da, 15 min manat da olub. Əgər Fondun bir qəpik pulu lazım olmayan yerə getsə, bütün azərbaycanlılara təhqir olacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət