Slimfit
  1. AZƏRBAYCANLI

Fərhad Bədəlbəyli: "Bakının ruhunu, ata və babalarımızın iradəsini itiririk"

Fərhad Bədəlbəyli: "Bakının ruhunu, ata və babalarımızın iradəsini itiririk"
Sakura

Fərhad Bədəlbəyli: "Bakının ruhunu, ata və babalarımızın iradəsini itiririk"

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli

Fərhad Şəmsi oğlu Bədəlbəyli - pianoçu, bəstəkar, pedaqoq. Şəmsi Bədəlbəylinin (Azərbaycan teatr rejissoru) oğlu, Əfrasiyab Bədəlbəylinin qardaşı oğlu (bəstəkar, dirijor, musiqişünas və publisist).

Fərhad Bədəlbəyli - İncəsənət və Ədəbiyyat Ordeni kavaleri (Fransa-2000). Azərbaycan SSR və SSRİ xalq artisti adını almışdır. 

Fərhad Bədəlbəylinin adı ilk dəfə B. Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Vianna da Motta adına (Portuqaliyada – Lissabondakeçirilmiş Pianoçuların Beynəlxalq Müsabiqəsi, 1968, laureatı[1]) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşmışdı.

F. Bədəlbəylinin pianoçu kimi qastrol səfərləri -Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və b. əhatə edir.

Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986-1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olmuşdur. F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987-1996-cı illərdə o, buranın rəhbəri olmuşdur) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılmışdır.

1995-ci ildən o, "Azərbaycan Mədəniyyətinin Dostları" fondunun üzvüdür. 1971-ci ildən F. Bədəlbəyli Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir. 1991-ci ildən F. Bədəlbəyli onun təşəbbüsü ilə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasına çevrilmiş ADK-nın rektorudur.

Onun təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi yaradılıb. Qəbələ Musiqi festivalının yaradıcısı və bədii rəhbəridir. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvüdür.

 

Mənbə: moltes moltes

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR