Dərc edildi: Baxış sayı: 538
“Fənərbağça” İstanbul derbisindən qalib ayrılıb
Türkiyə Superliqasının XVI turunda keçirilən İstanbul derbisində “Fənərbağça” doğma meydanda “Beşiktaş”ı qəbul edib.
“Report” xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda “Fənərbağça” “Beşiktaş”a 3:1 hesabı ilə qalib gəlib.
İlk qolu görüşün 23-cü dəqiqəsində meydan sahiblərinin hücumçusu Maks Kruse onbir metrlik cərimə ilə vurub. “Fənərbağça” cəmi 9 dəqiqə sonra Ozan Tufanın zərbəsi ilə hesab arasındakı fərqi artırıb. 45-ci dəqiqədə qonaq komandanın yarım müdafiəçisi Atiba Hutçinson fərqlənib.
Lakin “Fənərbağça”nın hücumçusu Vedat Muruqi 58-ci dəqiqədə oyunun taleyini həll edib.
Qeyd edək ki, hazırda “Fənərbağça” 28 xalla üçüncü pillədə qərarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət