Dərc edildi: Baxış sayı: 431
'Fənərbağça' İran millisinin hücumçusu ilə uzunmüddətli müqavilə imzalayıb
Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İran millisinin hücumçusu Allahyar Sayyadmaneşlə anlaşıb.
18 yaşlı forvardla 2023/2024 mövsümünün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Allahyar Sayyadmaneş bir qarşılaşmada İranın əsas millisinin formasını geyinib. "Fənərbağça" daha öncə almaniyalı hücumçu Maks Kruzeni heyətinə qatdığını açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət