Dərc edildi: Baxış sayı: 1097
Fələki Şirvani - Dərdimə kimsə mədədkar deyil
Dərdimə kimsə mədədkar deyil,
Nə edim, bəxt mənə yar deyil.
Öldürüb səbrü intizar məni,
Bəs nədir çarəm, intizar deyil?
Bu qədər möhnət ilə dərd budur:
Qəmimə kimsə mədədkar deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət