Slimfit
  1. İDMAN

Federasiyadan dünyasını dəyişən güləşçilərlə bağlı - Açıqlama

Federasiyadan dünyasını dəyişən güləşçilərlə bağlı - Açıqlama
Sakura

Federasiyadan dünyasını dəyişən güləşçilərlə bağlı - Açıqlama

Azərbaycan Güləş Federasiya millinin üzvləri Ruslan Surxayev və Sultan Nəsrullayevin dünyasını erkən dəyişmələrinə münasibət bildirib. 

"Report" xəbər verir ki, qurumun prezident əvəzi Namiq Əliyev jurnalistlərə açıqlamasında Surxayevin güləşi çoxdan atdığını və neçə ildir ondan məlumatlarının olmadığını söyləyib. 

Əliyev güləşçinin gənc və perspektivli olduqlarını sözlərinə əlavə edib: "Təəssüf ki, güləşi çox tez - gənclər arasında Avropa və dünya çempionatlarında nəticə verdikdən sonra atdı. Nəticə də belə oldu. Hadisə baş verdikdən sonra hər hansı yardım etmək üçün ailəsi ilə əlaqə saxladıq. Həyatdır, hamının başına gələ biləcək hadisədir. Dağıstandan olan güləşçimizin də avtomobil qəzasında öldüyünü yazmışdılar. Həyatda belə hadisələr də olur. Allah rəhmət eləsin".

Qeyd edək ki, Ruslan Surxayev 2012-ci ildə Polşanın Katovitse şəhərin yeniyetmələrin Avropa çempionatında 50 kq-da qızıl medal qazanıb. O, 25 yaşında Şamaxıda qətlə yetirilib. Sultan Nəsrullayev 2011-ci ildə Macarıstanın Sombathey şəhərində yeniyetmələrin dünya çempionatında qızıl medala sahib olub. O, Rusiyada ağır yol qəzasında dünyasını dəyişib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR