Slimfit
  1. İDMAN

Federasiya rəsmisi: Faiq Qarayev yenidən milliyə qayıda bilər

Federasiya rəsmisi: Faiq Qarayev yenidən milliyə qayıda bilər
Sakura

Məlum olduğu kimi, qadın voleybolu üzrə millimizin baş məşqçisi Faiq Qarayev səhhəti ilə əlaqədar olaraq…

Məlum olduğu kimi, qadın voleybolu üzrə millimizin baş məşqçisi Faiq Qarayev səhhəti ilə əlaqədar olaraq istefa verib.

Oxu.Az onun əvəzinə kimin milliyə baş məşqçi təyin olunmasını öyrənmək məqsədilə Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli ilə əlaqə saxlayıb.

O, millinin oyunlarının bir də yazda olacağını, buna görə hazırda yığmaya baş məşqçi postuna namizəd axtarışında olmadıqlarını bildirib:

“Bizim milli bir də baharın sonlarında Avropa çempionatının final mərhələsi üçün bir araya gələcək. Ona görə də hazırda bu məsələ federasiyanın gündəmində yoxdur”.

Zöhrab Gözəlbəyli hazırda ürəyində problemlər yaşayan Faiq Qarayevin sağalacağı təqdirdə postuna geri qayıdacağını da istisna etməyib:

“Hamımız dua edirik ki, Faiq müəllim sağalsın, əvvəlki vəziyyətinə qayıtsın. Onu bütün dünya tanıyır. Faiq müəllimin milliyə geri qayıtması mümkündür. Xatırlayırsınızsa, o, bir dəfə də səhhətindəki problemlər səbəbindən millidən ayrılmışdı. Sonra geri qayıtdı. İndi yenidən qayıtması mümkündür”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR