Slimfit
  1. İDMAN

Federasiya rəsmisi: “Bu hadisə onu göstərir ki, ermənilər sülh istəmirlər, hələ də Azərbaycana qarşı nifrətləri var”

Federasiya rəsmisi: “Bu hadisə onu göstərir ki, ermənilər sülh istəmirlər, hələ də Azərbaycana qarşı nifrətləri var”
Sakura

Federasiya rəsmisi: “Bu hadisə onu göstərir ki, ermənilər sülh istəmirlər, hələ də Azərbaycana qarşı nifrətləri var”

“Həmin vandallığı, barbarlığı edən şəxsi Ermənistan ictimaiyyəti alqışladı. Bu hadisə onu göstərir ki, ermənilər hələ də sülh istəmirlər, hələ də Azərbaycana qarşı nifrətləri var.

“Report” xəbər verir ki, bunu Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatı zamanı baş vermiş təxribata münasibət bildirərkən deyib.

Qurumun sözçüsü Azərbaycan bayrağının yandırılmasının yolverilməz addım olduğunu bildirib: “Bayraq namusumuz qeyrətimiz, şərəfimizdir. Hamımız bayrağımızın yüksəlməsi, zirvələrdə dalğalanması üçün çalışırıq. Bayrağımıza qarşı edilən istənilən hərəkət yolverilməzdir. Bunun qarşısını İrəvanda belə, almağa hazırıq. Hadisə baş verən anda reaksiyamızı göstərdik. Çünki bayrağa qarşı hörmətsizliyi heç cür qəbul edə bilmərik. Bizə təhlükəsizlik təminatı verən dövlətin başçısının beş addımlığında qonağının bayrağı yandırılır və buna reaksiya vermir. Hadisə baş verən anda qərara gəldik ki, ölkəni tərk edək. Dərhal məlumat verdik. Dövlət başçımız və Birinci vitse-prezidentimiz ilk andan sona qədər yanımızda oldular. Xalqımızın da dəstəyini hiss etdik”.

K.Məstəliyev bildirib ki, hadisədən sonra həm yerli hakimiyyət, həm Avropa Ağır Atletika Federasiyası, həm də Beynəlxalq Ağır Atletika Federasiyası onları yarışda qalmağa dəvət ediblər: “Ancaq bunu qəbul edə bilməzdik. Buna görə də, qərara alındı ki, ilk imkandaca Ermənistanı tərk edək”.

Mətbuat katibi hesab edir ki, açılış mərasimindən sonra məskunlaşdıqları oteldə internetin kəsilməsi bilərəkdən atılan addım idi: “Daimi internet olmasına baxmayaraq, hadisə baş verən kimi, internet kəsildi. Hətta televiziyada da bayrağın yandırılması epizodunu göstərməmişdilər. Qısa müddət sonra bunu sosial şəbəkələrdə gördük. O zaman interneti niyə kəsdiklərini başa düşdük. Orada yalnız Türkiyə millisinin dəstəyini gördük. Onlarla eyni mərtəbədə qalırdıq, daim əlaqədə idik. İlk andaca bizi dəstəklədilər, həmrəy olduqlarını bildirdilər”.

Federasiya rəsmisi İrəvanda olduqları müddətdə Ermənistan ictimaiyyəti ilə birbaşa təmaslarının olmadığını vurğulayıb: “Buradan Tbilisiyə getdik, orada bizi qarşı tərəfin təhlükəsizlik orqanları qarşıladılar. Bizi İrəvana apardılar və oradan otelə getdik. İlk günü oteldə qaldıq, çölə çıxmadıq. Aprelin 14-də cəmi bir dəfə çıxdıq, müşayiətlə məşqə gedib qayıtdıq. Bizim yox, hətta bayrağımızın ilk təmasındaca təxribata əl atdılar. İdmançılarımızın da yaşları azdır, onlar Azərbaycanın gələcəyidirlər, böyük qələbələri hələ qarşıdadır. Azərbaycanın bayrağını hələ çox yüksəklərə qaldıracaqlar. Onların psixoloji vəziyyətini nəzərə alaraq, geri qayıtmaq qərarına gəldik. Orada qalmağın heç bir əhəmiyyəti yox idi”.

Kənan Məstəliyev ermənilərin Azərbaycan ağırlıqqaldıranlarından qorxduqları üçün bu təxribatı törətdiklərini düşünür: “Açılış mərasimindən əvvəl komanda ilə məşqə getmişdik. Dörd nəfərdən ibarət kiçik heyət idi. Adətən belə yarışlardan əvvəl idmançılarımız maksimum çəkilər qaldırır, güclərini ortaya qoyurlar. Start listdə göstərilən çəkilərdən məşqdə daha yaxşısını etdik. Bu o deməkdir ki, yarış vaxtı daha çoxunu edəcəkdik. Məşqi bitirməyimizə az qalmış Ermənistan yığması həmin zala gəldi. Belə başa düşdük ki, onlar idmançılarımızın qızıl medal qazanma şansını gördülər. Böyük ehtimalla baş vermiş hadisənin səbəbi də bu idi”.

Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR