Dərc edildi: Baxış sayı: 562
Fed dövriyyədə dollar kütləsini artırır - REKORD SƏVİYYƏ
ABŞ Mərkəzi Bankının (Fed) balans həcmi, koronavirus pandemiyası mühitində maliyyə bazarlarının problemsiz işləməsini təmin etmək üçün külli miqdarda xəzinə istiqrazları və digər qiymətli kağız alışları ilə əlaqədar olaraq 6 trilyon 720 milyard dollara çataraq tarixinin ən yüksək səviyyəsini görüb.
Ens.az Marja-ya istinadən xəbər verir ki, Cümə axşamı günü bankın internet saytından açıqlanan məlumatlara görə, Fed tərəfindən alınan cəmi aktivlər 6 May həftəsində 65,5 milyard dollar artıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət