Fazil Mustafaya qarşı teraktın təşkilatçısı və atəş açan şəxsin kimliyi BİLİNDİ
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdinin təşkilatçı və iştirakçılarından dörd nəfərin adı məlum olub.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki sui-qəsdin təşkilatçısı Azər Kamran oğlu Səricanovdur.
O, 1976-cı ildə Salyan rayonunda anadan olub. 1993-2002-ci illərdə Qum şəhərində yaşamaqla orada təhsil alıb, təhsil aldığı müddətdə İran İslam Respublikasının (İİR) xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub. Azərbaycana qayıtdıqdan sonra İİR xüsusi xidmət orqanlarının maliyyə dəstəyi ilə xeyriyyəçilik adı altında ölkədə biznes fəaliyyəti qurub. Sonrakı müddət ərzində dəfələrlə İİR-ə səfərlər edib. İİR xüsusi xidmət orqanlarından aldığı sifariş əsasında məlum cinayətin törədilməsinin maliyyə və təşkilatı işlərini təmin edib.
Hadisə zamanı deputata atəş açan Şirinov Səbuhi Vəliyəddin oğlu olub. O, 1986-cı ildə Ağdam rayonunda anadan olub. Əvvəllər dəfələrlə İİR-ə səfər edib, orada olduğu müddətdə İİR xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunub və döyüş hazırlığı keçib. Azər Səricanovdan aldığı təlimat əsasında məlum cinayəti icra edib.
Dəstənin digər üzvləri:
Əsgərov Elşad Tofiq oğlu – 1983-cü ildə Bakı şəhərində anadan olub. Əvvəllər dəfələrlə İİR-ə səfər edib. Məlum cinayətin törədilməsinin təşkilində Azər Səricanova köməklik göstərib.
Əliyarov Emin Rafiq oğlu – 1970-ci ildə Bakı şəhərində anadan olub. Əvvəllər dəfələrlə İİR-ə səfər edib. Məlum cinayətin törədilməsinin təşkilində Azər Səricanova köməklik göstərib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət