Dərc edildi: Baxış sayı: 412
Fazil Mustafa əməliyyatdan çıxdı
Axşam saatlarında evinin qarşısında güllələnən deputat Fazil Mustafa əməliyyatdan çıxıb.
Ens.Az-ın məlumatına əsasən,bu barədə Oxu.Az-a onun qardaşı oğlu Toğrul Mustafayev məlumat verib.
O bildirib ki, əməliyyat bitib və əmisinin vəziyyəti stabildir: “Çox şükür əməliyyatdan çıxdı. Hər şey yaxşıdır. Hələ ki Kliniki Tibbi Mərkəzdə müalicəsini davam etdirir. Hər hansı özəl xəstəxanaya köçürülməsini planlaşdırmırıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət