Slimfit
  1. ƏDƏBİYYAT

Fatma xanım Kəminə - Qalınca

Fatma xanım Kəminə - Qalınca
Sakura

Fatma xanım Kəminə - Qalınca

Şikar olub əldən ələ düşməsin,
Qurulmuş torlara, felə düşməsin,
Yaman gözə, yaman dilə düşməsin,
Qan ağlaram qürbət eldə qalınca.

Bir vaxtlar Qapancıda saxladın,
Zabitinin gözlərini bağladın,
Əbəs yerə qəfil açıb tulladın,
Dincəlmərəm ta bir soraq bilincə.

Səyyad olub, ov dalınca getməzdim,
Dünyada çox qəmü-qüssə etməzdim,
Heç bir kəsin ətəyindən tutmazdım,
İndi ta yalvarram rüsvay olunca.

Bir səyyadın əldən getdi tərlanı,
Ta ömrünə fələk saldı nalanı,
Çağırır hər zaman qadir mollanı, 
Ağlayıban hər dəm onu deyincə.

Bahar olcaq, şaxbazımı, ov eylədin,
Unutdun mənzilin, məvan neylədin?
Nə bir gəldin çəmən vəsfin söylədin, 
Nə seyr etdin gül çiçəklər solunca.

Səməndər tək od tutuban yansaydın,
Hər bahar gər xeyir sərin bilseydin,
Alıb qucağına bağra hassaydın,
Kəsəydin əllərin ondan üzüncə.

Bir müddət gedibən qürbətdə qaldım,
Hər yana baxdıqca heyrətdə qaldım,
Nə bir səs eşitdim, nə soraq aldım, 
Təkəbbür eylədim nahaq dalınca.

Ey kaş ki, olmayaydı dünyadə,
Ömür mə'murəsin veribən badə,
Qəm-qüssə çəkməyə olub amadə,
Ləng olaydım möhnət suyun içincə.

Vətəndən əl çəkib, baş götdü qaçdı,
Yuvadan çıxıban balü-pər açdı,
Canımı çox yanar odlara saçdı,
Qan ağlaram o qürbətdən gəlincə.

Nə bilmədi sevda, nə də duymadı, 
Nə rahət bir mənzilində uymadı,
Nə çəməndən, nə çiçəkdən doymadı, 
Mən də onu bir görəydim doyunca.

Ay ağalar, bir tərlanım uçubdur,
Sağ əlimdən, sol əlimə alınca,
Onu tutan xeyrin bəhrin görməsin,
Mən fəqirin naləsi var dalınca.

Peyilə ta bir tüləgi qoymaram,
İntizardan gözüm yumub uymaram,
Gecə-gündüz iyləməkdən doymaram,
Səyyadıyam o tərlanın, ölüncə.

Yüz min səyyad olsam tuta bilmərəm,
Dalınca yügürrəm çata bilmərəm,
Cılqısın bilməsəm, yata bilmərəm,
Göz dikərəm yollarına, gəlincə.

Kəminə, ta əldən getdi, görməzsən,
Ləzzət ilə bir də dövran sürməzsən,
Əhl-i nəşə zümrəsinə girməzsən,
Kaş öləydin bu günləri görüncə.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR