Dərc edildi: Baxış sayı: 6331
Fatma xanım Kəminə - Əcəb sevdadı bu, sevdayə düşdüm
Əcəb sevdadı bu, sevdayə düşdüm,
Rəhi-eşqin tutub qovğayə düşdüm.
Nə dünyada gəzib kamə irişdim,
Nə fikri-yar ol üqbayə düşdüm.
Rəhi-eşqini əvvəl səhl sandım,
Bəli, axırda ahu vayə düşdüm.
Soraği-buyi-zülfini səbadən
Eşitdim. ta belə səhrayə düşdüm.
Nə bir lölö ələ saldım. nə bir dür,
Əbəs. ğəvvas olub dəryayə düşdüm.
Ədəm beytində biruhi-ğəm ikən
Düçari-ğəm olub dünyayə düşdüm.
Dəmi-gülzari-vəslində gəzərkən
Diyari-hicr tək məvayə düşdüm.
Kəminə can nisar eylərdi mütləq,
Yoxumdur can ki mən bimayə düşdüm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət