Slimfit
  1. ƏDƏBİYYAT

Fatma xanım Kəminə - Düşər könlüm, əzizim, qanə sənsiz

Fatma xanım Kəminə - Düşər könlüm, əzizim, qanə sənsiz
Sakura

Fatma xanım Kəminə - Düşər könlüm, əzizim, qanə sənsiz

Düşәr könlüm, әzizim, qanә sәnsiz,
Gәlir şamü sәhәr әfğanә sәnsiz.
 
Sәninlә duzәxin narına yannam,
Behiştdә baxmazam qılmanә sәnsiz.
 
Edәn abad memari-vüsalın
Olubdur hicrdә viranә sәnsiz.
 
Müsәddәr bәzmi-vәslindә olan dil
Neçün hicran çölündә yanә sәnsiz?!
 
Gülüstani-vüsalә hәsrәt oldum,
Dönüb alәm mәnә zindanә sәnsiz.
 
Әnis olmuşdu dil ol şәmi-qәddә,
Yanar, billah, necә pәrvanә sәnsiz.
 
Nә sәnsiz qәm әyağına әl urram,
Nә dә nuş eylәrәm peymanә sәnsiz.
 
Olur bәrhәm, pәrişan qanә dönmüş,
Könül zülfә çәkәndә şanә sәnsiz.
 
Dilimdә zikrsәn, könlümdә fikrim,
İki alәm dәxi әfsanә sәnsiz.
 
Kәminә, ey hәrifi-bimürüvvәt,
Ola, qorxum budur, divanә sәnsiz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR