Slimfit
  1. BİOQRAFİYA

Fatma xanım Kəminə

Fatma xanım Kəminə
Sakura

Fatma xanım Kəminə — Azərbaycanlı şairə

XIX əsr qadın aşıqlarındandır. 1841-cı ildə Şuşada dünyaya gəlib. Fatma xanım kiçik yaşlarından etibarən şeirə maraq göstərmişdir. Şairənin atası Mirzə Bəybaba Fəna da şair olub və "Fəna" təxəllüsü ilə şeir yazıb. Fatma xanım fars dilini də mükəmməl bilib və bu dildə də şeirlər yazıb. Təhsilini Şuşada alıb, savadına görə ona "Mirzə fatma xanım" deyirdilər. XIX əsr təzkirələri arasında da şairənin şeirlərinə rast gəlinir. O dövrdə Fatma xanım Azərbaycanın ən məşhur 3-5 şairəsindən biri olub.

Şairə onunla bir dövrdə yaşayan bir çox aşığın şeirlərinə nəzirələr yazmışdır. Amma dövrümüzə onun əsasən klassik şəkildə yazılmış şeirləri gəlib çatmışdır.

Firudin bəy Köçərli Fatma xanım Kəminəni "nadireyi zəmanə" saymış, onun ölümünü ağır itki kimi dəyərləndirmişdir.

Fatma xanım Kəminə 1898-ci ilin sentyabrında Şuşada vəfat etmişdir.

 

Yaradıcılığı

Kəminə xanımın həyat və yaradıcılığı haqqında XIX əsr təzkirələrinə az da olsa məlumat vardır. Məsələn, Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvab" əsərində Kəminə xanım haqqında məlumat verərkən, bildirmişdir ki, o, dörd yüzə yaxın şer yazmış, Şuşada Mir Mövsün Nəvvabın başçılıq etdiyi "Məclisi-fəramuşan"da yaxından iştirak etmişdir. Kəminə şairə Natəvanın başçılıq etdiyi "Məclisi-üns"ədəbi məclisin üzvləri ilə yaxın olmuş, onlarla şerləşmişdir.

 

Qoşmalar

 

Qəzəllər

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR