Dərc edildi: Baxış sayı: 592
Fatih Terimdən "Neftçi" açıqlaması
"Neftçi"yə yuxarıdan-aşağı baxmaq olmaz. Çünki bu oyunu kompensasiya etmək mümkün olmayacaq".
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu fikirləri Türkiyə "Qalatasaray"ının baş məşqçisi Fatih Terim UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Neftçi" ilə oyunu üçün Bakıya səfər öncəsi aeroportda yerli jurnalistlərə açıqlamasında deyib.
67 yaşlı mütəxəssis bildirib ki, mərhələnin 1 oyundan ibarət olması rəqib üçün də yaxşı fürsətdir: "Çox vacib oyuna çıxacağıq. Səhv istəmirəm".
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət