Dərc edildi: Baxış sayı: 356
Azərbaycan regionda və Avropada energetika bazarında vacib oyunçudur
Azərbaycan regionda və Avropada energetika bazarında vacib oyunçudur.
Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol deyib.
O bildirib ki, TANAP və TAP qaz kəmələrinin tikinti layihələri çox mühümdür və qaz tədarükünün şaxələndirilməsinə töhfə verir:
“Bəzi ölkələrdə layihə ilə bağlı (TAP - İF) bəzi məsələlərin olmasına baxmayaraq, əminəm ki, bu layihə reallaşdırılacaq”.
F.Birol qeyd edib ki, Azərbaycanda 20 il ərzində qaz (əmtəə - İF) istehsalı üç dəfə - hazırkı 18 mlrd. kubmetrdən 55 mlrd. kubmetrə qədər artacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət