Slimfit
  1. MARAQLI

"Fast food" haqqında bilmədiyimiz 10 fakt: duzsuz fri alın, qazlı içki içməyin

"Fast food" haqqında bilmədiyimiz 10 fakt: duzsuz fri alın, qazlı içki içməyin
Sakura

"Fast food" haqqında bilmədiyimiz 10 fakt: duzsuz fri alın, qazlı içki içməyin

Müasir dövrdə insanlar üçün vaxt böyük əhəmiyyət kəsb edir, sürət hər şeydən önəmlidir.

Məhz bu səbəbdən sürətli qida ("fast food") belə tezliklə dünyanı ələ ala bilib.

Lakin unutmayın ki, hər şey qədərində yaxşıdır, sevimli hamburgerlər də həddən çox yeyildikdə zərərli ola bilər.

"Fast food"lar son dərəcə məşhur olsa da, tanınmış şəbəkələr daha çox adam cəlb etməyə çalışır. Lakin aşağıda qeyd olunan 10 faktı bu şəbəkələrin işçiləri bacardıqları qədər gizlətməyə çalışır.

"Fast food" restoranlarına getmək üçün ən yaxşı vaxt pik saatlarıdır:

Sürətli qidalanma üzə restoranlara getməyin ən yaxşı zamanı pik saatlarıdır: saat 11:00-dan 13:00-dək və saat 18:00-dan 20:00-dək. Düzdür, boş masa tapmaq çətindir, lakin bu vaxt verilən yeməklər daha təzə olur.

Əgər təzə fri istəyirsinizsə, duzsuzunu edin:

Fri kartofları böyük bir hissəsi hazır olduqdan sonra duzlanır. Duzsuz olanı sifariş etsəniz, sizə təzə qızardılmışını verəcəklər.

Mətbəxdən gələn qoxu marketinq siyasətidir:

"Fast food" olan yerdən keçdikdə mətbəxdən gözəl qoxu gəlirsə, həmin məkana baş çəkməmək çətindir. Bu, təsadüfi deyil. Bir çox "fast food" restoranları çalışır ki, yeməyin gözəl qoxusu müştərilərə və yoldan keçənlərə çatsın. Bunun üçün, məsələn, qapıları açıq qoyurlar. 

"Coca-cola" çaydan daha ucuzdur, çünki iştaha açır:

Çox yerlərdə qazlı içkilər çaydan ucuzdur, çünki şirin qazlı su ilə susuzluğu yatırtmaq olmur, karbon qazı isə iştaha açır.

Fri kartofu 19 inqrediyentdən ibarətdir:

Fri kartofunun əfsanəvi dadı təxminən 20 inqrediyentin qarışığı nəticəsində əldə olunur. Onlardan ən əsası, təbii ki, kartofdur, lakin yağ, müxtəlif əlavələr, dad və qoxu gücləndiriciləri də var.

Səhər tezdən gəlmək məsləhət deyil:

Tez oyanmaq, əlbəttə, əladır, lakin səhərin gözü açılmamış sürətli qidalanma üzrə restoranlara getmək məsləhət deyil. Məhz bu vaxt işçilər mətbəxi (sizin yeməyinizə düşə biləcək) kimyəvi vasitələrlə təmizləyir. Risk etməyə dəyməz.

"Fast food" yeməkləri 30 il öncəkindən daha kalorilidir:

Sevimli yeməklərin porsiyaları, elə onların kaloriləri qədər, əhəmiyyətli dərəcədə artıb. Məsələn, müasir çizburgerin kalorisi 1980-cı illərdəkindən 75 faiz çoxdur. 20 il öncə fri kartofu indikindən iki dəfə az kalorili olub, pizzalarda isə kalori 70 faiz artıb.

Südlü kokteyllərdə şəkərin miqdarı normadan 2-3 dəfə artıqdır:

Südlü kokteyl - "fast food"ların xüsusən yay vaxtı çox içilən klassik içkisidir. Şəkər istifadəsinin günlük orta norması 30-60 qram olduğu halda, bir porsiya südlü kokteyldə təxminən 85 qram şəkər olur.

Əllə yeyilən yemək daha dadlı olur:

Fikir vermisinizsə, belə restoranlarında, demək olar, çəngəl-qaşıq verilmir. Bunun səbəbi barədə düşünmüsünüzmü? Ola bilsin, əllə yemək daha dadlı olduğu üçün: yeməkdən daha çox həzz alırsan və nəticədə daha çox sifariş edirsən.

Qazlı içki aparatlarının krantları, demək olar, həmişə çirklidir:

Krantları yumaq çətindir. Təsəvvür edin, orada nə qədər bakteriya və mikrob yığılır. İçkidə bol olan şəkər sayəsində isə, onlar daha tez çoxalır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR