Fasiləsiz rejimə keçid suya qənaətə imkan verib - Sədr
İl ərzində Abşeron yarımadasında əhalinin fasiləsiz su təminatı ilə bağlı böyük işlər həyata keçirilib. Artıq yarımadada fasilə su təminatı göstəricisi 30%-dən 81,5%-ə çatdırılıb. Bunun özü artıq hər şeyi deyir.
Axar.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərsu ASC-nin sədri Qorxmaz Hüseynov bildirib. Onun sözlərinə görə, 27 qəsəbədə, 40-dan çox məntəqədə fasiləsiz su təminatı ilə bağlı layihələr həyata keçirilib. Bunun üçün isə 270 km yeni su xətti çəkilib. Abşeronun çoxlu sayda dayanıqlı su mənbələri var. Əsas ağırlıq su təmizləyici qurğular üzərindədir. Əvvəllər yalnız Oğuz-Qəbələ su kəməri və Ceyranbatan su anbarları yarımadanın su təminatında mühüm yer tuturdu. Hazırda isə Taxtakörpü su anbarı Abşeron yarımadasının su təchizatında bir nömrəli rol oynayan mənbədir”.
Q.Hüseynov qeyd edib ki, Bakı şəhərinin böyük bir ərazisi fasiləli rejimdə qurulmuşdu:
“Biz ilk olaraq fasiləsiz rejimə keçmək məsələsini müzakirə etdik. Fasiləsiz rejimə keçdikdən sonra abonentlərimizin sayı 300 minədək artıb. Fasiləsiz rejim suya daha qənaət etməyə imkan verib. Hal-hazırda mövcud xətlər vasitəsilə gətirdiyimiz suların hamısnı paylamışıq. Yeni içməli su anbarlarının tikintisni planlaşdırmışıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət