Dərc edildi: Baxış sayı: 514
Farer adaları - Azərbaycan oyunu süni örtüklü meydançada keçiriləcək
UEFA Millətlər Liqasının III turunun Farer adaları – Azərbaycan oyunu süni örtüklü meydançada keçiriləcək.
Bu barədə "Report"un Farer adalarına ezam olunmuş əməkdaşına matçın baş tutacağı Torshavn şəhərindəki “Torsvollur” stadionunun işçiləri məlumat verib. 1999-cu ildə istifadəyə verilən arena 6 min tamaşaçı tutumuna malikdir.
İdman qurğusu süni örtüklü bir neçə meydançadan ibarətdir.
Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət