Dərc edildi: Baxış sayı: 436
Farer adaları - Azərbaycan matçının hakimi dəyişdirilib
UEFA Millətlər Liqasının III turunda Farer adaları və Azərbaycan yığmaları arasında keçiriləcək matçın hakimlərindən biri dəyişdirilib.
“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əlavə köməkçi-hakim Vladislav Bezborodovu Sergey Lapoçkin əvəzləyib.
Qeyd edək ki, oktyabrın 11-də Torshavn şəhərindəki Torsvollur stadionunda baş tutacaq görüşü Aleksey Yeskovun başçılıq etdiyi rusiyalı hakimlər briqadası idarə edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Azərbaycan yığması səfərə oktyabrın 9-da çıxacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət