FAO rəsmisi: "İqlim dəyişikliyinin qarşısının alınması üçün əlimizdən gələni əsirgəməməliyik"
"Ərzaq və kənd təsərrüfatı sahəsində dayanıqlı məqsədlərə nail olmaq çox vacibdir".
"Report" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin rəhbəri Melek Çakmak Dayanıqlı İnkişafa dair Bakı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dayanıqlı inkişaf məqsədlərində, əsasən, gender məsələlərinə diqqət yetirilir: "Ənənəvi kişi işlərinə qadınların cəlb edilməsi əhəmiyyətlidir. İqlim dəyişikliyinin 90 faizi ətraf mühitin dəyişməsi ilə əlaqədardır. İqlim dəyişikliyinin qarşısının alınması istiqamətində əlimizdən gələni əsirgəməməliyik. Su, torpaq ekosistemlərinin qorunması, münbit torpaqların saxlanması vacibdir. 2030-cu ilin məqsədlərində kənd təsərrüfatı məsələləri mühüm rol oynayır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət