Slimfit
  1. CƏMİYYƏT

Faktiki hava şəraiti: Bölgədə qarın hündürlüyü 36 sm-ə çatıb

Faktiki hava şəraiti: Bölgədə qarın hündürlüyü 36 sm-ə çatıb
Sakura

Faktiki hava şəraiti: Bölgədə qarın hündürlüyü 36 sm-ə çatıb

Nazirlik ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti ilə bağlı açıqlama verib.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, fevralın 7-də axşam soyuq arktik hava cərəyanlarının Aralıq dənizi və Türkiyədən ölkə ərazisinə tədricən yayılması nəticəsində hava şəraiti dəyişib.

Havanın temperaturu ötən günlə müqayisədə 18 dərəcə aşağı enib. Əgər dünən paytaxtda 22-25 dərəcə isti olubsa (bütün meteoroloji müşahidələrə görə, son dəfə 2002-ci ildə 23 dərəcə olub), fevralın 8-də səhər saatlarında 7 dərəcə isti qeydə alınıb.

Saat 12.00-a olan məlumata görə fevralın 8-i səhərədək Xaltan, Qırızda, Sarıbaşda 6 mm, Xınalıqda 5 mm, Ağdərədə 4 mm, Gədəbəydə 2 mm, Daşkəsəndə 1 mm miqdarında qar yağıb. Qar örtüyünün hündürlüyü Ağdərədə 36 sm, Sarıbaşda (Qax) 21 sm, Qrızda 13 sm, Xınalıqda 12 sm, Xaltanda 2 sm olub.

Qubada 9 mm, Ordubadda 7 mm, Qusar 6 mm, Göygöldə 5 mm, İsmayıllı, Kürdəmir, Lerikdə 4 mm, Naxçıvan, Şahbuz, Şamaxı, Beyləqan, Kişçay (Şəki), Şabranda 3 mm, , Ağdam, Balakən, Qəbələ, Zaqatala, Altıağac, Tərtər, Bərdə, Göyçay, Zərdab, İmişli, Ağsuda 2 mm, Bakı, Sumqayıt, Şərur, Ağstafa, Mərəzə, Şəki, Gəncə, Mingəçevir, Sabirabad, Neftçala, Cəfərxanda 1 mm yağış qeydə alınıb.

Qərb küləyi arabir Daşkəsəndə 28 m/s, Tovuzda 24 m/s, Salyan, Tərtərdə 23 m/s, Naftalan, Ağstafa, Bərdədə 20 m/s, Astara, Qrızda 18 m/s, Hacıqabulda 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 16-20 m/s, arabir 23 m/s-dək güclənib.

Gözlənildiyi kimi, fevralın 8-də proses davam edərək, ayın 9-u və 10-da daha da əlverişsiz və kəskin olacaq, havanın temperaturu 0-a yaxınlaşacaq, gecə isə 1-4 dərəcə şaxta olacaq, yağış sulu qara, qara keçəcək, külək daha güclü olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR