Slimfit
  1. CƏMİYYƏT

Faktiki hava: Bu ərazilərə yağış yağdı

Faktiki hava: Bu ərazilərə yağış yağdı
Sakura

Faktiki hava: Bu ərazilərə yağış yağdı

İyulun 30-u saat 10:00-a olan məlumatına əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Düşən yağıntının miqdarı Balakəndə (Balakənçay) 36 mm, Astarada 34 mm, Mingəçevirdə 7 mm, Göygöldə 6 mm, Balakən, Lerik, Yardımlı, Qrız, Qax, Oğuz, Qəbələ, Şəki, Gəncə, Şahdağ, Şamaxı, Qusar, Xaçmaz, Quba, Göyçay, Goranboy, Biləsuvar, Şəmkir, Daşkəsən, Xınalıq, Lənkəranda 5 mm-dək olub.

Saat 08:30 radələrində Balakən rayonunda xırda dənəli dolu düşüb.

İyulun 29-da gün ərzində şimal-qərb küləyi arabir Neftçala, Naftalanda 20 m/s, Beyləqanda 18 m/s, Tərtərdə 16 m/s, Şirvanda 15 m/s, Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR