Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Faiq Əmirov İsfəndiyar oğlu

Faiq Əmirov İsfəndiyar oğlu
Sakura

DOĞUM TARİXİ: 22/06/1975 VƏFAT TARİXİ: 17/03/1995

22 iyun 1975-ci ildə Zaqatala rayonunun Bəhmədli kəndində doğulmuşdur. 1992-ci ildə doğma kəndlərində orta məktəbi bitirmişdir. Bir müddət təsərrüfat işləri ilə məşğul olmuşdur. 2 iyul 1993-cü ildə Zaqatala rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. O, 776 saylı xüsusitəyinatlı hərbi hissədə xidmət edirdi. Ağır təlim-məşqlər... Sonra cəbhə... O, Füzuli, Tərtər, Ağdərə uğrunda gedən qanlı döyüşlərdə iştirak edir. Qızğın döyüşlərin birində ayağından yaralanır. O, hospitalda müalicə olunub, yenidən döyüş bölgəsinə qayıdır. Cəbhədə atəşkəs elan edildikdən sonra onların batalyonu öz əvvəlki yerinə qaytarılır.

17 mart 1995-ci il... Onun xidmət etdiyi batalyon da dövlət çevrilişinə cəhdin qarşısının alınmasında iştirak edir. Bütün döyüş yoldaşları kimi o da arzu edirdi ki, qarşıdurma qan-qadasız ötüşsün. Çox təəssüf ki, bu mümkün olmadı. Qardaş qanı axıdıldı, nahaq qurbanlar verildi. Həmin qurbanlardan biri də, qəlbi Vətən üçün, xalq üçün qurub-yaratmaq eşqi ilə döyünən Faiq oldu.

Subay idi.

Azərbaycan  Respublikası  prezidentinin 4 aprel  1995-ci  il tarixli 307 saylı fərmanı ilə Əmirov Faiq İsfəndiyar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bəhmədli kənd qəbristanlığında dəfn edilib.

Zaqatala şəhərindəki geniş və abad küçələrdən biri indi onun adını daşıyır.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR