Slimfit
  1. CƏMİYYƏT

"Facebook”da yazdığı rəyi bəyənməyən şəxsi öldürmək istəyən məktəbliyə AĞIR CƏZA

"Facebook”da yazdığı rəyi bəyənməyən şəxsi öldürmək istəyən məktəbliyə AĞIR CƏZA
Sakura

"Facebook”da yazdığı rəyi bəyənməyən şəxsi öldürmək istəyən məktəbliyə AĞIR CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Səfər Omarovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Ens.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Səfər Omarov “Facebook”da dostluq etdiyi zərərçəkmiş Kərəm Kərəmlinin (şərti) 13 avqust 2022-ci il tarixdə həmin sosial şəbəkədə paylaşdığı statusa rəy yazıb. Zərərçəkmiş şəxs isə həmin rəyi bəyənməyərək mobil telefon vasitəsilə onunla sözlü mübahisə edib, yaşadığı Bərdə rayonuna çağıraraq, mütəmadi nalayiq söyüşlərlə təhqir edib. Səfər də bundan əsəbiləşərək qisas almaq niyyəti ilə qəsdən Kərəmi öldürmək qərarına gəlib. Belə ki, o, 14 sentyabr 2022-ci il tarixdə, saat 10 radələrində yaşadığı Salyan rayonundan Bərdə şəhəri ərazisinə gələrək, həmin tarixdə, saat 19:30 radələrində Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində asfalt yolun kənarında zərərçəkmiş şəxs ilə görüşüb. Səfər əvvəlcə sözlü mübahisə edib, daha sonra isə üzərində gəzdirdiyi cib bıçağını çıxararaq qəsdən Kərəmin bədənə ardıcıl 8 dəfə zərbə endirib və hadisə yerinə uzaqlaşıb. Zərərçəkmiş şəxs ətrafda olan şəxslər tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlərin səyi nəticəsində xilas edilib. Hadisədən sonra Səfər Omarov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə Səfər Omarov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, evin tək övladı olub, hadisə zamanı Salyan rayon Marışlı kənd Ramiz Qafarov adına tam orta məktəbin 11-ci sinfində oxuyub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR