Dərc edildi: Baxış sayı: 631
“Facebook”da 267 milyon istifadəçinin məxfi məlumatı təhlükədə
“Facebook” sosial şəbəkəsindən istifadə edən 267 milyon insanın məxfi məlumatları internetdə aşkara çıxıb.
Xəbəri yayan Böyük Britaniyanın “Comparitech” araşdırma mərkəzi sızan şəxsi məlumatların böyük əksəriyyətinin ABŞ vətəndaşlarına məxsus olduğunu bildirir.
Şirkətin məlumatına əsasən, üzə çıxan şəxsi məlumatlar arasında adlar və telefon nömrələrinin olduğu bildirilir. Son iki həftə ərzində məlumatlara giriş tam sərbəst olub və istənilən şəxs şifrə olmadan onlardan istifadə etmək imkanı əldə edib.
“Facebook”un mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, faktla bağlı araşdırma aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət