Facebook zorakılığa yol aça biləcək “saxta xəbərləri” siləcək
Facebook zorakılığa gətirib çıxara biləcək saxta məlumatları saytdan çıxarılmasına başlayacaqlarını söyləyib.
ABŞ-ın sosial media nəhəngi çərşənbə günü verdiyi bəyanatda bəzi ölkələrdə xoşagəlməz insidentlərə gətirib çıxaran dezinformasiya hallarının olması ilə baglı dəlillərin olduğunu söyləyib.
Facebook son zamanlar Şri-Lanka, Myanma və Hindistanda baş vermis zorakılıq hallarına səbəb olan ikrahlı çıxış və saxta məlumatlara görə təqsirli bilinir.
Şirkət bildirir ki, o informasiyanı müəyyən etmək, yazılı postların və dəyişilmiş şəkillərin təhqiqatı üçün yerli təşkilarlara birgə işləyəcək.
Facebook son zamanlar Şri-Lanka, Myanma və Hindistanda baş vermis zorakılıq hallarına səbəb olan ikrahlı çıxış və saxta məlumatlara görə təqsirli bilinir.
Mart ayında Facebookda yayılan saxta xəbərdən sonra Şri-Lankada Buddist dəstələrin müsəlman azlıqlarına hücumu ölkədə fövqəladə vəziyyət tətbiqinə səbəb olub.
Kaliforniyada fəaliyyət göstərən şirkət 2016-cı il ABŞ prezident seçkilərində Rusiyanın seçicilər arasında yanlış məlumatların yayılması ilə seçkilərə müdaxilə edib. Ötən sentyabr ayında rusların saxta adları istifadə edərək, seçkilərdən əvvəl seçicilərə təsir göstərmək üçün sosial media vasitələrindən istifadə etdikləri məlum olub.
Facebook təsisçisi və icraçı direktoru Mark Zuckerberq çərşənbə günü saxta məlumatla təhrikiedici çıxışlar arasında olan fərqi izah etmək istədiyi zaman tənqilərə məruz qalıb.
Texnologiya xəbər saytı olan Recode-da dərc olunan müsahibəsində Zuckerberq Nasist Almaniyası tərəfindən törədilmiş və 6 milyon avropalı yəhudinin kütləvi soyqırımı olan Holokostu inkar edənləri qadağan etməyəcəyini söyləyib.
Mənbə: Amerikanın Səsi
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət