“Facebook” şirkəti yeni loqotip təqdim edib.
Ens.az “ICTnews”a istinadən xəbər verir ki, loqotip şirkətin məhsul istifadəçilərinin onu eyniadlı sosial şəbəkədən fərqləndirmək məqsədilə yaradılıb.
Şirkətin yeni loqotipində yalnız baş hərflərdən və xüsusi yaradılmış şriftlərdən istifadə olunub.
Qeyd olunur ki, “Facebook” şirkəti əvvəlcə mobil əlavə (sosial şəbəkə) kimi yaradılsa da, hazırda qrupa bir neçə məhsul daxildir. Onlar dünyanın bütün insanlarına ünsiyyət qurmağa və biznesi inkişaf etdirməyə kömək edirlər.
Bununla belə, “Facebook” sosial şəbəkəsinin brendi dəyişməz qalacaq.
Yaxın vaxtlarda şirkət bütün məhsul və marketinq materiallarında, o cümlədən rəsmi saytda və “Instagram” və “WhatsApp” proqramlarının əsas səhifələrində yeni loqotipdən istifadəyə başlamağı planlaşdırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət