Facebook şirkəti Whatsapp üçün kriptovalyuta hazırlayır
Fins.az-ın "Bloomberg"ə istinadən verdiyi məlumatına görə, Facebook şirkəti özünün kriptovalyutasını yaradır. Lakin şirkət ilk növbədə bu layihədə əsas diqqətini Hindistan bazarına yönəldir.Məlumata əsasən sosial şəbəkə stablecoin-in (ABŞ dollarına bitişik olan kritovalyuta) yaradılması üzərində çalışır. Facebook şirkəti həmin kriptovalyutadan Whatsapp vasitəsilə pul köçürmələrində istifadə etməyi planlaşdırır. Buna görə də sosial şəbəkə ilk öncə Hindistandakı pul köçürmələri sahəsinə diqqətini ayırır. Lakin şirkət ilk tokenlərin təqdim edilməsi mərhələsindən hələ çox uzaqdır. Məlumata əsasən şirkət yeni valyutanın stabilliyini təmin edəcək texnologiyalar üzərində çalışır. Qeyd etmək lazımdır ki, bu ilin may ayında Facebook şirkəti bockchain texnologiyasının tədqiqatı üçün xüsusi qrup yaratmışdı. Məlumata əsasən hal hazırda həmin qrupda 40 nəfər şəxs çalışır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət