Slimfit
  1. TEXNOLOGİYA

“Facebook” şirkəti üç məşhur servisi birləşdirəcək

“Facebook” şirkəti üç məşhur servisi birləşdirəcək
Sakura

“Facebook” şirkəti üç məşhur servisi birləşdirəcək

"Facebook" şirkəti ona məxsus üç servisin (WhatsApp, Instagram və Facebook Messenger) texniki infrastrukturunu inteqrasiya etmək niyyətindədir. Onların hər biri gələcəkdə müstəqil proqram kimi fəaliyyət göstərsə də, birləşmiş məlumatlar sistemi sayəsində bir messencerin istifadəçisi "Facebook" ekosistemi daxilində digər messencer istifadəçisi ilə yazışa biləcək.

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, bu məqsədlə "Facebook" şirkətinin minlərlə mühəndisi "WhatsApp", "Instagram" və "Facebook Messenger"in fəaliyyətini baza səviyyəsində yenidən qurmalı olacaq. Bundan başqa, bütün əlavələrdə ünsiyyətin mühafizəsi üçün ən etibarlı üsullardan biri hesab edilən arabağlantı şifrləmə sistemi dəstəklənəcək.

Bildirilir ki, platformaların inteqrasiyasının nə vaxt həyata keçiriləcəyi barədə məlumat verilmir. "Facebook" bununla bağlı işə yenicə başlayıb və onu ilin sonuna və ya 2020-ci ilin əvvəlinə başa çatdırmağı planlaşdırır.

Birləşmiş məlumatlar sistemi şirkətə ekosistem daxilində istifadəçilərin sayını qoruyub saxlamağa və "Apple" şirkətinin "iMessage" ("Bildirişlər"), "Android bildirişlər" və "Google" şirkətinin digər messencerləri uğurla rəqabət aparmağa imkan verəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR