Slimfit
  1. TEXNOLOGİYA

“Facebook” şirkəti loqosunu yenilədi

“Facebook” şirkəti loqosunu yenilədi
Sakura
:0

“Facebook” şirkəti loqosunu yenilədi

“Facebook” şirkəti loqosunu yeniləyib, bunun əsas səbəbi istifadəçilərin onu eyni adlı sosial şəbəkənin loqosu ilə qarışdırmaları olub.

Banker.az xəbər verir ki, bu haqda şirkətin rəsmi saytında məlumat verilib.

Xatırladaq ki, əvvəllər “Facebook” vahid tətbiq kimi işə başlamışdır, lakin indi şirkət istifadəçilərə müxtəlif məhsullar təklif edir – həm ünsiyyət, həm biznes inkişafı üçün. “Biz Facebook-un yeni loqosunu təqdim edirik və şirkəti tətbiqdən daha çox ayırırıq. Qeyd edək ki, tətbiqin loqosu olduğu kimi qalacaq”, – mesajda deyilir.

Şirkətin yeni loqosu baş həriflərlə yazılır, sosial şəbəkənin loqosu isə kiçik hərflərlə. “Facebook” un verdiyi məlumata görə, yenilənmiş loqotipdə “from Facebook” yazısı olacaqdır, “Instagram”, “WhatsApp” və ona məxsus olan digər tətbiqlərin baş səhifəsində görünəcək.

Yenilənmiş loqotipi öz səhifəsində şəbəkənin yaradıcısı Mark Zuckerberg paylaşıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR