Dərc edildi: Baxış sayı: 437
"Facebook" messencerin yeni versiyasını istifadəyə verib
"Facebook" sosial şəbəkəsi ani mesajlaşmaq proqramı olan "Messenger"in yeni, dördüncü versiyasının istifadəyə verildiyini elan edib.
“Report” xəbər verir ki, bu barədə sosial şəbəkənin bloqunda qeyd olunub.
"Biz bu gündan etibarən "Messenger"in yeni sadələşdirilmiş versiyası olan "Messenger 4"ü işə salırıq", — deyə məlumatda bildirilir.
Şirkətdən qeyd ediblər ki, araşdırmalara görə, sosial şəbəkə istifadəçilərinin 71 faizi "Messenger"dən istifadənin sadəliyini əsas prioritet hesab edir.
Bundan əvvəl Yaponiya hökuməti "Facebook" sosial şəbəkəsindən istifadəçilərin şəxsi məlumatlarının qorunmasını təmin etmək üçün əlavə tədbirlər görməyi tələb etmək niyyətində olduğunu bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət