Dərc edildi: Baxış sayı: 476
“Facebook” LOL-dan imtina etdi
“Facebook” şirkəti yeniyetmələr üçün nəzərdə tutulmuş və özündə internet memləri ilə videoları birləşdirən LOL adlı sosial şəbəkənin istifadəyə verilməsi ideyasından imtina edib.
Yenicag.az xəbər verir ki, bu barədə Recode saytı xəbər verib. Məlumatda bildirilib ki, bu sosial şəbəkə üzərində çalışan yüzdən çox əməkdaş şirkətin digər layihələrinə yönləndiriləcək. Onlardan bir hissəsi “Messenger Kids” tətbiqi üzərində çalışacaq.
Qeyd edək ki, bu tətbiq 13 yaşından aşağı şəxslərin öz aralarında ünsiyyət qurmaları üçün nəzərdə tutulub. LOL adlı sosial şəbəkənin beta test dövründə onun 100-ə yaxın istifadəçisi olub.
Son illərdə “Facebook” şirkəti öz yeniyetmə istifadəçilərini itirməkdədir. Cavan istifadəçi kütləsini əldə saxlamaq üçün 2016-cı ildə çoxlu sayda əməkdaşdan ibarət xüsusi qrup yaradıb. Həmin qrupun əsas məqsədi isə yeniyetmə istifadəçi kütləsi üçün müxtəlif məhsulların hazırlanmasıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət