Slimfit
  1. TEXNOLOGİYA

Facebook istifadəçi məlumatlarının Çin şirkətləri ilə bölüşdüyünü etiraf edib

Facebook istifadəçi məlumatlarının Çin şirkətləri ilə bölüşdüyünü etiraf edib
Sakura

Facebook dörd Çin texnologiya şirkəti ilə məlumatların bölüşməsi müqaviləsi olduğunu etiraf edib

Facebook dörd Çin texnologiya şirkəti ilə məlumatların bölüşməsi müqaviləsi olduğunu etiraf edib. Həmin şirkətlərdən biri hətta ABŞ kəşfiyyat icması tərəfindən milli təhlükəsizliyə hədə hesab edilir. Bu xəbər sosial media nəhənginin istifadəçilərinin şəxsi məlumatları ilə necə rəftar etməsi ilə bağlı narahatlıqları yenidən artırıb.

ABŞ-da qərargahlaşan şirkətin etirafı, çərşənbə axşamı New York Times qəzetinin Facebook-un Huawei, Lenovo, OPPO və TCL kimi şirkətlər daxil olmaqla 60-a yaxın cihaz istehsalçısı ilə məlumatların bölüşməsi müqaviləsi olduğu barədə yazmasından sonraya təsadüf edir.

ABŞ kəşfiyyat rəsmiləri bir neçə il öncə Huawei şirkəti ilə bağlı narahatlığını ifadə edib. Onlar hesab edirlər ki, Çin höküməti həmin şirkətə təzyiq göstərərək, saxlanılan məlumatları əldə edə bilər. Bu narahatlıq ABŞ ordusu tərəfindən Huawei smatfonları alışının dayandırılması ilə nəticələndi.

Facebook şirkətinin mobil tərəfdaşlıqlar üzrə vitse-prezidenti Fransisko Varela çərşənbə axşamı bildirib ki, Huawei və digər Çin şirkətləri ilə əməkdaşlıqlar ilk gündən başlayaraq nəzarət altında saxlanılıb.

Facebook uzun müddətdir ki, milyonlarla istifadəçisinin şəxsi məlumatlarınının Britaniyada yerləşən Cambridge Analytica konsultasiya şirkətinin əlinə keçməsinə görə sərt təzyiqlərlə üzləşməkdədir.

Mənbə:amerikaninsesi.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR