“Facebook” “iPhone” kamerasının köməyilə “iOS” istifadəçilərini izləyir
“Facebook”un “iOS” üçün mobil tətbiqi “iPhone” kamerasının köməyi ilə istifadəçiləri izləyir. Bu haqda “The Next Web” nəşri məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, nəşrin məlumatına görə, “Facebook” istifadəçidən xəbərsiz qurğunun kamerasını aktivləşdirir. “Twitter”in istifadəçisi Coşua Meddoks bu problemi aşkar edib. Meddoks deyib ki, bu problem “iOS 13.2.2” sisteminin idarəetməsi altında işləyən 5 müxtəlif “iPhone” smartfonunda təkrarlanıb. O, həmçinin bildirib ki, “iOS 12” platformasında çəkiliş qeydə alınmayıb, amma ehtimal ki, kamera arxa fonda istifadə olunur.
“The Next Web” nəşri sözügedən problemin mövcudluğunu təsdiq edib. “Facebook” tərəfindən izlənmənin qarşısını almağın yeganə üsulu “iOS” sisteminin sazlamalarında kameraya girişi məhdudlaşdırmaqdır.
“Facebook” və “Apple” nümayəndələri hələ ki heç bir şərh verməyiblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət