Dərc edildi: Baxış sayı: 508
“Facebook” İngiltərədəki işçilərinin sayını 33% artırır
ABŞ-ın “Facebook” şirkəti bu il İngiltərədəki işçilərinin sayını 1 000 nəfər və yaxud 33% artıraraq 3 min nəfərdən 4 minə nəfərə çatdırmağı planlaşdırır.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, yeni işə qəbul olunacaq əməkdaşlar əsasən sosial şəbəkədəki zərərli halların üzə çıxarılması ilə məşğul olacaqlar.
O cümlədən 500 nəfər proqram mühəndisliyi, məhsul dizaynı və informasiya texnologiyaları sahəsinə cəlb olunacaq.
Qeyd edək ki, indiyə qədər “Facebook” öz platformalarında 2,8 milyon zərərli məzmun aşkarlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət